İnsanlara hürriyət, millətlərə istiqlal!

Kapitan Rjitskini kim güllələyib? - Ukraynanın keçmiş baş kareteçesini tutublar

Krasnodarda Rusiya sualtı gəmisinin keçmiş kapitanı Stanislav Rjitskinin güllələnməsi işi üzrə istintaq davam edir. Qətl iyulun 10-da səhər saatlarında törədilib.

Rjitski səfərbərlik işləri üzrə şəhər şöbəsi rəisinin müavini vəzifəsində çalışıb. Onun 42 yaşı vardı.

 

İstintaqı RF-nin İstintaq Komitəsinin regional şöbəsinin xüsusilə mühüm işlərin araşdırılması üzrə birinci şöbəsi aparır.

Məlumata görə, Rjitski “Olimp” idman kompleksinin yanındakı parkda səhər qaçışı zamanı öldürülüb. Atıcı bir neçə dəfə onun sinəsinə atəş açıb və qaçıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, atəş açan şəxs uzun müddət Rjitskini izləyib, onun marşrutlarını bilib, həmçinin qətl üçün xüsusi olaraq müşahidə kameralarından görünməyən yer seçib. Bununla belə, "Baza" telegram kanalının məlumatına görə, qətldə şübhəli bilinən şəxs cinayət yerini tərk edərkən müşahidə kameralarına düşüb.

Hazırda onun fotosu rayonun bütün idarələrinə göndərilib.

"Kub Mash" kanalının yazdığına görə, Rjitskinin cəsədinin yanında onun qulaqlıqları və smart saatı tapılıb, ona görə də qarət versiyası, demək olar ki, dərhal kənara atılıb.

Cinayətin motivi araşdırılır.

Rjitski Sankt-Peterburq Dəniz İnstitutunu bitirib. 2-ci dərəcəli kapitan idi. O, “Alrosa” (2013-cü ildən) və “Krasnodar” (2016-cı ildən) sualtı qayıqlarına komandanlıq edib.

2017-ci ilin may-iyun aylarında məhz Krasnodardan “Kalibr” qanadlı raketləri Suriyada İŞİD yaraqlılarının mövqelərinə buraxılıb. Kiyevdə daha əvvəl bildirmişdilər ki, Ukrayna ərazisi raketlərlə Krasnodardan vurulur.

Rjitski Ukraynanın "sülhməramlı" ("düşmənlər") siyahısında idi. Onun haqqındakı dosyedə belə yazılıb:  “Ukrayna dövlətini məhv etmək əmrini şüurlu şəkildə yerinə yetirir”.

Ona görə də rus müstəntiqlər hazırda Rjitskinin qətlinin Ukrayna xüsusi xidmət orqanlarnın qisas aktı ola bilməsi versiyası üzərində də işləyirlər.

***

Verilən ən son məlumata görə, müstəntiqlər 64 yaşlı Sergey Denisenkonu Rjitskinin qətlində əli olmaqda şübhəli bilinərək saxlayıblar. KİV-in məlumatına görə, o, Ukrayna Karate Federasiyasının keçmiş prezidentidir.  Bildirilir ki, onun üzərində səsboğucusu olan tapança aşkar edilib. İlkin məlumatlara görə, Rjitski məhz bu odlu silahdan açılan atəşlə öldürülüb. Şübhəlinin barəsində araşdırma aparılır. Mütəxəssislər qətl yerindən olan güllələri və gilizləri həbs zamanı tapılanları müqayisə edəcəklər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR