İnsanlara hürriyət, millətlərə istiqlal!

Kansler: “Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir”

“Almaniya artıq Rusiya ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bildi”.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

“24 fevral 2022-ci ildə biz dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz reallıqdır” - deyə, o bəyan edib. Almaniya kansleri vurğulayıb ki, ölkə artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil.

Onun sözlərinə görə, ölkə bir neçə ay ərzində enerji sektorunu transformasiya edə bilib, lakin iqtisadiyyatın birtərəfli asılılığının azaldılması istiqamətində işləri davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR