İnsanlara hürriyət, millətlərə istiqlal!

Kann festivalına rusiyalı jurnalistlər buraxılmayacaq  

Bu il keçiriləcək Kann film festivalına rusiyalı jurnalistlər buraxılmayacaq.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, festivalın təşkilatçıları bir rusiyalı jurnalistə akkreditasiya verməkdən imtina edib.

Festivalın media işləri üzrə rəhbəri Agnes Leroy "Ukrayna və Rusiya arasındakı gərginliyin bitməsini gözləyəcəyini" demişdi, lakin bu, baş vermədiyindən festivalın başlamasına həftələr qalmış bütün rusiyalı jurnalistlərin girişinin qadağan olunması haqda qərar qəbul edilib.

Xatırladaq ki, 75-ci Kann film festivalı bu il mayın 17-28-i tarixlərində keçiriləcək.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR