İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada ABŞ ilə dil tapmağa çalışır – bunu istisadi zərurət tələb edir

ABŞ və Kanada arasında münasibətlər istiləşmə ərəfəsindədir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kanadanın baş naziri Mark Karni Donald Trampla telefon danışığından sonra ölkəsinin Amerika tariflərinə cavab olaraq ticarət məhdudiyyətlərini qaldıracağını açıqlayıb.

Müxalifət və həmkarlar ittifaqları Kanada hökumət başçısını bu qərarına görə tənqid ediblər. Bununla belə, hesab olunur ki, Karninin Trampa tərəf addım atması dostluq jesti deyil, iqtisadi zərurətdir.

Baş nazir bildirib ki, ölkəsi sentyabrın 1-dək ABŞ ixracatının əksəriyyətinə cavab rüsumlarını tədricən qaldıracaq. Məhdudiyyətlərin yumşaldılması ABŞ, Meksika və Kanada arasında USMCA adlı azad ticarət sazişinin əhatə etdiyi mallara təsir edəcək. Bununla belə, gələcək ticarət danışıqlarının mövzusu olacaq polad, alüminium və avtomobillər üçün tariflər qüvvədə qalacaq.

Kanada Çindən sonra ABŞ-la tarif müharibəsinə girməkdən çəkinməyən ikinci ölkə idi. Kanadanın əvvəlki baş naziri Castin Trüdo Trampın materikdəki şimal qonşusundan gələn mallara 25 faizlik tarif tətbiq etdiyini elan etdikdən sonra tariflərlə cavab verdi. Vaşinqton Trüdonun qərarına cavab olaraq tarifləri 35%-ə qaldırdı. Ağ Ev yüksək tarifləri Ottavanın qeyri-qanuni miqrasiya və narkotik ticarəti, ilk növbədə fentanillə kifayət qədər fəal mübarizə aparmaması ilə əsaslandırdı.

Kanadalılar qeyd edirlər ki, qadağan olunmuş maddələrin yalnız 1%-i Kanada vasitəsilə ABŞ-a gətirilir. Qeyri-qanuni miqrantlara gəlincə, onlar Kanada-Amerika sərhədindən keçən marşrutdan nadir hallarda istifadə edirlər. Trampın Kanadaya qarşı yeganə əsaslı şikayəti ticarətdə müəyyən balanssızlıq sayıla bilər.

Tarifləri tətbiq edən Ağ Evin rəhbəri ABŞ-nin Kanadadan həddən artıq çox, Kanadanın isə ABŞ-dan nisbətən az mal aldığına toxunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR