İnsanlara hürriyət, millətlərə istiqlal!

KAMRANLA 1 - Sülhməramlıların bütün postları Laçından götürüldü – Akif Nağı danışır

Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.

Hazırda Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları xidmət aparır. Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.

Xatırladaq ki, avqustun 26-da Prezident İlham Əliyev tviter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan həmin gün azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.

Laçına çəkilən yeni yol, onun ətrafındakı proseslər, eləcə də sabah həm İrəvanda, həm də Xankəndində keçiriləcək tədbirlər ciddi müzakirə mövzusudur. Nələr baş verəcək? Necə cavab verməliyik? 

Bu və gündəmdəki digər xəbərlər aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə edilir. QAT sədri Akif Nağı suallara cavab verəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR