İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kamranla 1” - Kamran Həsənli və Sevinc Telmanqızı gündəmi müzakirə edir

Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub. Bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib. “Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, - o vurğulayıb. Arestoviç hazırkı vəziyyəti “boksun 18-ci raundu”na bənzədib.

“Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, - Prezidentin müşaviri əlavə edib.

Rusiya-Ukrayna müharibəsindəki son durum, müharibədən yorulan dünya bizə nə vəd edir? Dövlət Gömrük Komitəsində nələr baş verir? Lavrovun səfərindən nələr gözləməliyik?

Bu və gündəmdəki digər xəbərlər bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı “Kamranla 1” verilişində müzakirə olunacaq. Gündəmi iki aparıcı – Sevinc Telmanqızı və Kamran Həsənli təhlil edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

 

Youtube səhifəsinin ünvanı:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR