İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamranla 1 –dünya qan çanağına niyə döndü? - Kamran Həsənli və Sevinc Telmanqızı gündəmi təhlil edir

Bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçiriləcək. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.

Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri 42 milyard dollar olub. Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib.

Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb.

Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Rəşad Babayev və Şükür Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hər iki şəxs qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Qeyd edək ki, Rəşad Babayev və Şükür Səfərov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılb.

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb. Onun əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu iddia edilir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı “Kamranla 1” verilişində izləyə biləcəksiz. Verilişdə K.Həsənli aparıcı Sevinc Telmanqızının suallarını cavablandıracaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR