İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Əliyev bu şəxsi Naxçıvanda yüksək vəzifəyə təyin etdi

Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda kadr dəyişiklikləri olub.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, qurumun Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Əkbər Rzayev tutduğu vəzifədən azad olunaraq qurumun Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Digər əmrlə Valeh Qasımov qurumun İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunub.

Valeh Qasımov bu təyinata qədər Muxtar Respublikanın Hərbi prokurorluğunun İstintaq şöbəsinin prokuror-kriminalisti vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR