İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kalininqradın blokadasına görə Litvaya cavabımız diplomatik olmayacaq” –Rusiya

Litvadan keçməklə Kalininqrad vilayətinə malların tranzitinə qoyulan qadağaya Rusiyanın cavabı praktiki sahədə olacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Cavab tədbirlərinə gəlincə, onlar qurumlararası formatda hazırlanır… Onlar diplomatik deyil, praktiki müstəvidə olacaq”, – deyə rusiyalı diplomat qeyd edib.

Zaxarova vurğulayıb ki, Rusiya Litvaya və Avropa İttifaqına bu cür hərəkətlərin qəbuledilməz olduğunu və görülən tədbirlərin dəyişdirilməsi və vəziyyətin hüquqi məcraya qaytarılması lazım olduğunu bildirib: “Cavabın nə və nə vaxt olacağı hələ də müzakirə olunur, bu həm də Vilnüsün tranzit qadağasını ləğv etməyə razı olub-olmamasından asılıdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR