İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniya ştatı Trampın qərarına qarşı HƏRƏKƏTƏ KEÇDİ

Kaliforniya ştatı ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən gömrük rüsumlarının tətbiqinə dair qəbul edilən qərardan məhkəməyə müraciət edəcək.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, ştatın dövlət orqanları San Fransisko məhkəməsində Amerika liderinin tarifləri qaldırmaq üçün iqtisadi fövqəladə vəziyyət elan etməsinə etirazı nəzərdə tutan müvafiq iddia qaldıracaq.

Agentlik bəzi Amerika KİV-lərinin 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd kimi göstərdiyi Kaliforniya qubernatoru Kevin Nevsom-dan sitat gətirir: "Trampın ədalətsiz tarifləri Kaliforniya ailələrinə, bizneslərinə və iqtisadiyyatına ziyan vurur, qiymətləri artırır və iş yerlərini təhdid edir".

Qeyd edək ki, ABŞ-a malların çox mühüm hissəsi Kaliforniya limanlarından ölkəyə daxil olur. Bu, ştatın əsas gəlir mənbələrindən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR