İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaliforniya qubernatoru Trampı məhkəməyə verib

Kaliforniya ştatı və qubernator Qevin Nyusom San-Fransisko federal məhkəməsində ABŞ prezidenti Donald Tramp, müdafiə naziri Pit Heqset və Pentaqona qarşı iddia qaldırıb.

Musavat.com xarici mediaya istinadla zəbər verir ki, iddiaya səbəb Ağ Evin Los-Ancelesə milli qvardiyanın hissələrinin yerləşdirilməsi ilə bağlı qərarı olub. Kaliforniya hakimiyyəti federal hökumətin hərəkətlərinin ABŞ Konstitusiyasını və ştatın suverenliyini pozduğu qənaətindədir. İddia ərizəsində qeyd edilir ki, Trampın ordu yeritmək üçün istifadə etdiyi qanun qubernatorun razılığını tələb edir və yalnız iğtişaş zamanı tətbiq oluna bilər.

Kaliforniya qubernatoru Q.Nyusom Trampın öz səlahiyyətlərindən sui-istifadə etdiyini və qanuni əsaslar olmadan hərbi idarəçilik qurmaq cəhdini bəyan edib.

“Təsisçilər Konstitusiyamızda bu prinsipləri təsbit ediblər - hökumət öz xalqı qarşısında cavabdeh olmalı, hərbi idarə ilə deyil, qanunun aliliyi və mülki hakimiyyətlə idarə olunmalıdır”, - Nyusom sosial media platforması X-də yazıb.

İyunun 8-də Tramp ştata 2000 qvardiya əsgər, iyunun 9-da isə Pentaqon əlavə olaraq 700 dəniz piyadası göndərib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR