İnsanlara hürriyət, millətlərə istiqlal!

Kahramanmaraşdakı güclü zəlzələdən sonra mindən çox afterşok qeydə alınıb

Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7.7 maqnitudalıq zəlzələdən sonra ümumilikdə 1 117 afterşok qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 1502 nəfər və 145 nəqliyyat vasitəsi cəlb olunub.

Xatırladaq ki, ən son məlumata əsasən fevralın 6-da baş verən zəlzələdə ölənlərin sayı 12 873-ə çatıb, 62 937 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR