Onlayn ictimai-siyasi qəzet
Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələ nəticəsində çox sayda dağıntının qeydə alındığı şəhərlərdən biri də Kahramanmaraşdır.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələdə həyatını itirənlərin ailələri Qurban bayramının ilk günü yaxınlarının məzarlarını ziyarət ediblər.
Qəbirlərdəki çiçəkləri sulayan ailələrin Quran oxuduğu, dua etdiyi, bəzi ziyarətçilərin də gözyaşı tökdüyü görüntülənən fotolara belə əks olunub.
Musavat.com
01 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ