İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun oğlu bundan sonra heç çalışmasa da olar - onun gələcəyi belə təmin olunub

15 yaşlı Adam Kadırov SSRİ-də fəxri təqaüdçü kimi yaşayacaq. Çoxsaylı mükafatlar ona ömürlük qulluq, pulsuz rabitə və protezlər, həmçinin digər üstünlüklər verəcək.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli müxaliflər aldığı mükafatların kiçik Kadırova nə qədər imtiyaz qazandırdığını hesablayıblar.

Öncə 750 qızıl karatlıq “Çeçenistan Qəhrəmanı” medalı ona bir çox imtiyazlar verir: dövlət binalarına maneəsiz giriş, tədbirlərdə fəxri qonaq statusu və s.

Həm də pul: hətta ölümündən sonra ailəsinə ayda 5000 rubl ömürlük ödəniş veriləcək.

Kabardin-Balkar Respublikasında aldığı “xidmətlərinə görə” ordeni sayəsində kiçik Kadırovun “pensiya”sı 8000, ömürük aylıq ödənişləri isə 3000 rubl təşkil edəcək. Cəmi 10 ildən sonra o, iki respublikanın büdcəsindən 1 milyon rubla yaxın vəsait alacaq.

“Qaraçay-Çərkəz Respublikasına xidmətlərinə görə” ordeni ilə birlikdə Adam Kadırova 50 min rubl pul ödənəcək.

Tatarıstan Respublikasının "Duslık" ordeni ona həm də pulsuz telefon rabitəsi, pulsuz diş və eşitmə müayinəsi, habelə mənzil və kommunal xidmətlərə 50% endirim qazandıracaq.

Bundan əlavə, Kadırov 15 yaşında Çeçenistan Respublikası başçısının təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bonuslar və digər əlavə ödənişlər nəzərə alınmadan o, bu vəzifə sayəsində ayda azı 40 min rubl pul qazanacaq.

WhatsApp Image 2023-11-21 at 18.37.50 (1).jpeg (252 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR