İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov “Çeçenistanın əməkdar hüquq müdafiəçisi” medalı ilə təltif edilib

Çeçenistan rəhbəri Ramzan Kadırov “Çeçenistan Respublikasının əməkdar hüquq müdafiəçisi” medalını alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Çeçenistan Ombudsmanı Kadırova “vətəndaşların konstitusiya hüquq və azadlıqlarının müdafiəsində müstəsna xidmətinə görə” medal verilməsi barədə sərəncam verib. Sərəncamda həmçinin “çeçen xalqının milli maraqlarını müdafiədə, ənənəvi dəyərlərə sadiqlik və vəzifə borcuna sədaqətlə bağlı məsələlərdə cəsarət və dürüstlük üçün” Kadırova təşəkkür edilir.

Oxşar mükafatları Ramzan Kadırovun anası və mərhum atası da alıb.
Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir. O, dəfələrlə respublikada və xaricdə insan hüquqlarını pozmaqda ittiham olunub. Hüquq müdafiəçiləri onu tənqid edənlərin oğurlanmasına və qətlinə görə məsuliyyət daşıdığını vurğulayırlar.

Ümumilikdə Ramzan Kadırovun üçdən çox rəsmi hökumət mükafatı var. Onların arasında II dərəcəli “Hərbi şücaətə görə” medalı, habelə IV və III dərəcəli “Vətənə xidmətə görə” medalı da var. Putin ona 2006-cı ildə Rusiya Qəhrəmanı, 2020-ci ildə isə Milli Qvardiyanın general-mayoru titulunu verib. Bundan əlavə, Kadırov "Çeçenistan Respublikasının əməkdar bədən tərbiyəsi işçisi" və "Çeçenistan Respublikasının əməkdar inşaatçısı" fəxri adlarına layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR