İnsanlara hürriyət, millətlərə istiqlal!

Kabildə Əfqanıstan Ağsaqqallar Şurasının iclası başlayıb

Kabil şəhərində Əfqanıstan Ağsaqqallar Şurasının iclası keçirilir.

AZƏRTAC Ariana News telekanalına istinadla xəbər verir ki, şuranın iclasında “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumətin sədri Məhəmməd Həsən Axund, həmçinin 3500-ə yaxın üləma və ölkənin hər yerindən gələn tayfa başçıları iştirak edirlər.

Üç gün davam edəcək iclasda ölkədəki aktual problemlər, ilk növbədə iqtisadi böhran və işsizlik məsələləri, qızların yuxarı siniflərdə (altıncı sinifdən sonra) təhsili ilə bağlı vəziyyət müzakirə olunacaq.

Əfqanıstanın Ağsaqqallar Şurası sonuncu dəfə 2020-ci ilin avqustunda, “Taliban” hərəkatının hakimiyyətə gəlməsindən bir il öncə toplanıb.

Xatırladaq ki, 2021-ci ilin yaz aylarında ABŞ-ın öz hərbçilərini ölkədən çıxarmaq barədə qərarından sonra “Taliban” Əfqanıstanda hakimiyyəti ələ almaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Həmin il avqustun 15-də taliblər paytaxt Kabilə döyüşsüz daxil olub. Sentyabrın 6-da bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu elan edən hərəkat müvəqqəti hökumət formalaşdırıb. Lakin hökumətin legitimliyi hələ ki, heç bir ölkə tərəfindən tanınmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR