İnsanlara hürriyət, millətlərə istiqlal!

Jozep Borrel: Avropa İttifaqı Rusiya ilə müharibə etmək istəmir

Avropa İttifaqı Rusiya ilə müharibə etmək niyyətində deyil. Moskvanın Ukraynaya qarşı təcavüzünə sanksiyalarla cavab verilir və bunun təsiri daha da artacaq.

AZƏRTAC “Yomiuri” qəzetinə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“Biz Ukraynada müharibə ilə üzləşdiyimiz zaman niyyətdən hərəkətə keçməyə başladıq və göstərdik ki, Avropa təxribata məruz qalanda cavab verə bilir. Rusiya ilə müharibə etmək istəmirik və cavabımızın əsasında iqtisadi sanksiyalar durur. Onlar artıq təsir göstərməyə başlayıb və bunun nəticələri yaxın aylarda daha da artacaq”, - deyə Jozep Borrel bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun hərbi-sənaye kompleksinə təsir edir və neft hasilatına mane olur: “Sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi idarə olunan dəqiq raketlər istehsal etmək imkanları məhdudlaşıb. Neft hasilatı sahəsində xarici kompaniyalar Rusiyanı tərk edib və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı çətinliklər yaranıb. Rusiya kompaniyalarının yeni yataqların istismara verilməsi imkanları məhduddur”, - deyə Avropa İttifaqının nümayəndəsi əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR