İnsanlara hürriyət, millətlərə istiqlal!

"Joxovurd": "Müdafiə nazirinin keçmiş müavini Mirzəbekyan məhkəməyə çağırılacaq"

Ermənistanda Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı açılan cinayət işi çərçivəsində proses getdikcə böyüyür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Gələn xəbərlərə görə, Ermənistan müdafiə nazirinin keçmiş müavini Alik Mirzəbekyan məhkəməyə çağırılacaq.

2016-cı ildə Serj Sarkisyanın əmri ilə o, müdafiə nazirinin müavini - maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Şayiələrə görə, Mirzəbekyan silah və ərzaq tədarükünü bazar qiymətlərindən yüksək qiymətə həyata keçirib.

Qeyd edək ki, dünən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində sabiq müdafiə naziri David Tonoyan və Müdafiə Nazirliyinin keçmiş məmurlarının işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəməyə şahidlər çağırılıb, onların arasında keçmiş müdafiə naziri, “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan da var. Məlum olduğu kimi, sursatların alınması prosesində sui-istifadə hallarına yol verilməsi faktı ilə bağlı Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində cinayət işi açılıb.

Cinayət işi çərçivəsində keçmiş müdafiə naziri David Tonoyan, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, iş adamı David Qalstyan (Patron Davo) da daxil olmaqla yeddi nəfərə qarşı ittiham irəli sürülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR