İnsanlara hürriyət, millətlərə istiqlal!

“Joxovurd”: Hakim partiyadan olan deputatlar dövlətin hesabına İspaniyada kef edirlər

Bu ilin noyabrın 16-da hakim “Vətəndaş sazişi” partiyasından olan deputatlar rəsmi səfər adı altında növbəti “səyahət”ə çıxıblar.

Musavat.com erməni agentliklərinə istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzetində məlumat dərc olunub.

“Bizdə olan məlumata görə, Milli Assambleyanın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitəsinin sədri Andranik Köçəryan və deputat Vaaqn Aleksanyan NATO Parlament Assambleyasının illik sessiyasında iştirak etmək üçün Madridə gediblər. Eyni işgüzar səfər çərçivəsində müxalif “Ermənistan” blokunun deputatı, komissiyanın üzvü Anna Qriqoryan da Madridə yola düşəcək. Lakin hökumət fraksiyasının üzvlərindən fərqli olaraq, o, noyabrın 18-də İspaniyaya uçur. Əgər Qriqoryan, Köçəryan və Aleksanyan eyni görüşlərdə iştirak etməlidirlərsə, onda təbii sual yaranır: onlar Madridə niyə müxtəlif günlərdə gedirlər? NATO Assambleyasında deputatların iştirakı ilə iş noyabrın 19-da başlayacaq və ona qədər sırf təşkilati işlər aparılacaq, bu baxımdan deputatların sadəcə olaraq orda görəcək heç bir işi yoxdur. Onların qalacağı hər günə görə isə büdcədən nə qədər vəsait xərclənəcək”,-deyə qəzet iqtidar depuatlarını xarici ölkədə dövlət hesabına “avaralanmaqda” ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR