İnsanlara hürriyət, millətlərə istiqlal!

Josep Borrel Ukrayna müharibəsi haqqında: “Hər şey yaxın 15 günə həll ediləcək”

Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borrel yaxın 15 gündə Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin gedişatının həll olunacağını söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, İspaniyanın “TVE” kanalına verdiyi müsahibədə danışıb.

J.Borrelin fikrincə, Rusiya hökuməti hərbi məqsədlərinə hələ çatmadığı üçün atəşkəs haqqında danışıqlarda maraqlı deyil.

“İndi Rusiya razılaşmaq üçün masaya oturmaq istəmir. O, yalnız əraziləri işğal etməyi düşünür”,-deyə ispan siyasətçi qeyd edib.

“Rusiya dövləti Moldova ilə sərhədə qədər bütün sahil xəttini tutmaq və Ukraynanı dənizdən təcrid etmək planını götürüb. Rusiya yalnız güclü mövqelər əldə etdikdən sonra danışıqlara gələcək”,-deyə avropalı diplomat bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR