Onlayn ictimai-siyasi qəzet
Kolonial sistem xalqları öz müqəddəratını təyin etmək kimi fundamental hüququndan məhrum edir və onları xarici nəzarətə tabe olmaq məcburiyyəti qarşısında qoyur.
“Report” xəbər verir ki, bu barədə Boneyrdən olan hüquq müdafiəçisi Joselin de Haak Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Boneyrin sakinləri kolonizasiya nəticəsində özünüidarəetməni itirdikdən sonra öz torpaqlarını müstəqil idarə etmək və onların gələcəyini müəyyənləşdirən əsas qərarların qəbulu imkanından məhrum olublar.
"Özünüidarəetmə dövründə belə hallar baş vermirdi. Biz öz ərazimizə və xalqımıza nəzarət edirdik. İndi bizim üçün bütün qərarları özümüz yox, kənar qüvvələr verir", - o qeyd edib.
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ