İnsanlara hürriyət, millətlərə istiqlal!

Jerar Depardyeyə cinayət işi açıldı

Fransa və Belçika hüquq-mühafizə orqanları aktyor Jerar Depardyeni vergidən yayınma və çirkli pulların yuyulması ilə bağlı araşdırırlar.

Musavat.com xəbər verir ki, məlumata görə, aktyorun 2013-cü ildən etibarən Belçikada rəsmi qeydiyyatda olduğu, lakin bu ünvanın saxta olduğu iddia edilir.

İstintaq çərçivəsində hər iki ölkədə bir sıra axtarışlar və dindirmələr həyata keçirilib.

Qeyd edək ki, Jerar Depardye 2013-cü ildə Rusiya vətəndaşlığını da qəbul edib. Müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR