İnsanlara hürriyət, millətlərə istiqlal!

İyunda qlobal ərzaq qiymətləri azalıb

İyun ayında qlobal ərzaq bazarında qiymətlər 2,3 faiz azalıb. Musavat.com BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatına(FAO) istinadən xəbər verir ki, ötən ay qlobal ərzaq qiymətləri indeksi 154,2 bənd təşkil edib. Bu, 2021-ci ilin iyunu ilə müqayisədə 23,1 faiz yüksəkdir.

Qlobal ərzaq bazarındakı ucuzlaşmanın əsas səbəbi bitki yağları, taxıl və şəkərin qiymətindəki azalmadır. Ötən ay FAO yalnız süd məhsulları və ətin qiymətində bahalaşma qeydə alıb. Belə ki, taxıl qiymətləri indeksi maydakına nisbətən 4,1 faiz azalmaqla 166,3 bənd olub. Bu zaman buğda qiymətləri 5,7 faiz azalıb. Lakin taxılın qiyməti 2021-ci ilin iyunu ilə müqayisədə 27,6 faiz, buğdanın qiyməti isə 48,5 faiz yüksəkdir.

FAO-nun bitki yağları üzrə qiymət indeksi əvvəlki ayla müqayisədə 7,6 faiz azalmaqla 211,8 bənd, şəkər qiymət indeksi isə 2,6 faiz azalmaqla 117,3 bənd təşkil edib.

İyunda qlobal ət qiymətləri indeksi maya nisbətən 1,7 faiz, keçən ilin iyununa nisbətən 12,7 faiz yüksək olmaqla 124,7 bəndə çatıb. Bu zaman ən çox bahalaşma quş ətindı qeydə alınıb.

Süd məhsulları isə iyunda maya nisbətən 4,1 faiz bahalaşaraq 149,8 bəndə çatıb. Bu zaman ən çox pendir bahalaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR