Onlayn ictimai-siyasi qəzet
İyunda Avropanın yeraltı qaz anbarlarından 711 milyon kubmetr qaz götürülüb ki, bu da ötən ilin göstəricilərindən 7 faiz azdır. Musavat.com Gas Infrastructure-nin məlumatına istinadən xəbər verir ki, ay ərzində anbarlara vurulan qazın həcmi 9 milyard kubmetr təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 7 faiz az və 2014-cü ildən bəri minimumdur.
Avropa anbarlarında qaz ehtiyatları 30 iyun tarixinə 77,39 faizə yüksəlib ki, bu da son beş ildəki orta göstəricidən 10,06 faiz bəndi yüksəkdir. Ötən ayın sonunda onlarda 85 milyard kubmetr qaz var idi.
Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı iyunda 13 faiz təşkil edib.
Avropa terminallarından Aİ qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın (LNG) axınları iyun ayında kəskin şəkildə azalaraq 8 milyard kubmetrdən azca çox təşkil etməklə 2021-ci ilin noyabr ayından bəri ən aşağı göstərici olub. Bu, həmçinin may ayına nisbətən 32 faiz, 2023-cü ilin iyunu ilə müqayisədə isə 13 faiz azdır.
Ümumilikdə, 2024-cü ilin əvvəlindən Avropa qaz nəqli sisteminə terminallardan LNG tədarükü təxminən 58,5 milyard kubmetr təşkil edib, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz azdır.
Avropa Qaz Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSOG) 26 iyun tarixinə olan məlumatına görə, 2024-cü ildə LNG tədarükü Avropanın qaz mənbələri arasında payına görə birinci yerdədir – 36 faiz. İkinci yerdə 29 faiz payla Şimal dənizindən tədarüklər (əsasən Norveç qazı), üçüncü yerdə 11 faiz ilə Şərqdən qaz nəqli (Rusiya qazı, Ukraynadan qaz tədarükü, eləcə də Ukraynadakı anbarlardan Avropa şirkətlərinin götürdüyü qaz).
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ