İnsanlara hürriyət, millətlərə istiqlal!

İyunda 7 gün ardıcıl iş olmayacaq - Qərar

Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.

Musavat.com xəbər verir ki, müvafiq Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.

1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR