İnsanlara hürriyət, millətlərə istiqlal!

İxtiyar Mirzəyevin “Vahid Rusiya” partiyasına üzvlüyü dayandırıldı

“Vahid Rusiya” partiyasının Rəyasət Heyəti partiyanın etika komissiyasının tövsiyəsi əsasında yanan “Poliqon” gecə klubunun sahibi Kostroma Vilayət Dumasının deputatı İxtiyar Mirzəyevin üzvlüyünün dayandırılması barədə qərar qəbul edib.  

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi partiyanın mətbuat xidməti məlumat yayıb.

“Bu qərar faciənin xüsusilə ağır nəticələrini və sonradan yaranmış geniş ictimai rezonansı nəzərə alaraq qəbul edilib”, - məlumatda deyilir.

Həmçinin, qeyd olunub ki, İxtiyar Mirzəyevin iclasdakı çıxışı zamanı “Vahid Rusiya”dakı üzvlüyün dayandırılması ilə bağlı şəxsi bəyanatı da nəzərə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR