İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşdüyü deyilən məşhur müğənni Bruno Mars İsraili tərk edib

Məşhur müğənni Bruno Marsın İsraili tərk etdiyi məlum olub.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bundan əvvəl mediada İsraildə vəziyyətin gərginləşməsindən sonra Bruno Marsla əlaqənin itdiyi barədə məlumatlar yayılmışdı.

Ancaq İsrail mediası pop ulduzun raket atışları başlayandan sonra Tel-Əvivdəki konsertini ləğv etdiyini və ölkəni tərk etdiyini təsdiqləyib.

“The Times of Israel” təsdiqləyib ki, amerikalı ifaçı komandasının 60 üzvü ilə birlikdə dünya turnesini davam etdirmək üçün Qətərə getməzdən əvvəl Afinaya uçub. Uğursuz qalan konsert oktyabrın 7-də Təl-Əvivdə baş tutmalı idi.

İsrailə hücum edən HƏMAS qruplaşması isə Qəzza sektoruna yaxın ərazidə keçirilən musiqi festivalının iştirakçılarına hücum edib, onlardan 260-nı öldürüb, bilinməyə sayda mülki insanı isə girov götürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR