İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın şimalında quraqlığa görə fövqəladə vəziyyət elan edilib

Son 70 ilin ən pis quraqlığının müşahidə edildiyi İtaliyanın şimalındakı 5 regionda fövqəladə vəziyyət elan olunub.

AZƏRTAC xəbər verir ki, İtaliya Nazirlər Şurasının qərarına əsasən, Po çayı ilə həmsərhəd olan Emiliya-Romanya, Friuli Venesiya Giulia, Lombardiya, Piedmont və Venetoda regionlarında quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib. Su qıtlığı ilə mübarizə üçün ilkin olaraq 36,5 milyon avro vəsait ayrılıb.

Həmin regionlar ölkənin kənd təsərrüfatı istehsalının təxminən üçdəbirini təmin edir.

İtaliya Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, bu bölgələrdəki 270 min ailə təsərrüfatı hazırda çətin vəziyyətdədir.

Mütəxəssislərin fikrincə, quraqlıq İtaliyanın kənd təsərrüfatı istehsalının 30 faizindən çoxuna təsir göstərib. Bəzi bələdiyyələr artıq su səfərbərliyi elan edib. İndiyədək kənd təsərrüfatı sahəsində 3 milyard avroya yaxın ziyanın olduğu bildirilir.

Qeyd edək ki, ölkənin ən uzun çayı olan Po çayında suyun səviyyəsi 80 faiz azalıb. Cari ildə İtaliya ərazisinə son 30 ildə yağan orta yağıntının yalnız yarısını yağıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR