İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın qadın baş naziri ona kişi kimi müraciət olunmasını tələb edib

İtaliyada hökumətə başçılıq edən ilk qadın olan Corca Meloni yeni vəzifəsində ona kişi kimi müraciət edilməsində israr edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu həftənin cümə günü media qurumlarına, nazirliklərə göndərilən məktubda baş nazirə “Möhtərəm Nazirlər Şurasının sədri” deyə müraciət olunması istənilib.

İtalyan dilində "möhtərəm / hörmətli" anlamını verən "onorevole" sözü - həm kişi, həm də qadın şəkilçisində eyni səslənir. Bu tərif parlamentin aşağı palatasının üzvlərinə də aiddir.

Meloni həmişə kişiyə xas olan müəyyən edilmiş vəzifə adlarını qadın şəkilçisinə çevirməkdən imtina edib. O, bu qərarı ilə əsasən qadın həmkarlarının tənqidinə tuş gəlib. Rəqibləri onun rəhbərlik etdiyi partiyanın – “İtaliya qardaşları” adlanmasına diqqət çəkib. Onun kabinetində 24 nazirdən cəmi 6-nın qadın olması tənqidlərə səbəb olub.

Eyni zamanda, Meloni mitinqlərin birində "mən qadınam, mən xristianam, mən anayam" ifadəsi ilə məşhurlaşıb. Qadın baş nazir uşağın doğum sənədlərindəki “ata” və “ana” sətirlərinin “valideyn 1”, “valideyn 2” ilə əvəzlənməsi cəhdlərini pisləyib. Meloni mühafizəkar siyasi sağ qanadın nümayəndəsi hesab olunur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR