İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyanın baş nazirinin rəfiqəsini küçədə güllələdilər - Foto

İtaliyanın baş naziri Corciya Meloninin rəfiqəsi Romada sakinlərin toplantısında baş verən atışmada həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə siyasətçi öz feysbuk səhifəsində məlumat yayıb.

“Nikoletta mənim rəfiqəm idi, belə ölməməliydi. Nikoletta qayğıkeş ana, səmimi və ləyaqətli dost, eyni zamanda güclü qadın idi”, - deyə Meloni yazıb. Baş nazir mərhumun əri və 10 yaşlı oğlunun qaldığını qeyd edib.

“The Guardian” qəzetinin xəbərinə görə, polis atışmanın motivlərini şərh etməyib. Meloninin özü də mesajında qətlin siyasi məqsədlə həyata keçirildiyinə dair heç bir işarə verməyib.

Qeyd edək ki, hadisə dünən baş verib. Nəticədə 4 nəfər həlak olub. Bəzi məlumatlara görə, kişi sakinlərin görüşü zamanı 3 qadınla mübahisə edib, bundan sonra silahı çıxararaq bir neçə dəfə atəş açıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR