Onlayn ictimai-siyasi qəzet
İtaliyanın baş naziri Corca Meloni rəsmi səfər üçün Tunisə gedib.
Publika.az xəbər verir ki, Tunisdə baş nazirə qarşı etiraz aksiyası keçirilib.
Nümayişçilər “Uşaqlarımız haradadır?”, “Bir nəfər rəqəm deyil”, “Mühacirlərə qarşı müharibədir”, “Meloni, burada xoş gəlmirsən” şüarları səsləndiriblər.
Etirazçılar İtaliyadakı tunisli mühacirlərlə pis rəftar edildiyini və onların deportasiya etməyə məcbur olunduğunu bildiriblər. Mühacirlərin kütləvi surətdə deportasiyasına son qoyulmasını və İtaliya sahillərinin qorunması üçün Tunisə təzyiqlərin dayandırılmasını tələb ediblər.
Qeyd edək ki, Meloni İtaliyaya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün bir ildən az müddətdə Tunisə 4-cü rəsmi səfərini edib. Baş nazir immiqrasiyanı məhdudlaşdırmaq üçün yanvar ayında 5,5 milyard avroluq Mattei Planını açıqlamışdı.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ