İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada həbs edilən mafiya lideri - prokurorların qətlinə fərman verib

 

Xəbər verildiyi kimi, İtaliya hakimiyyəti “Koza Nostra” mafioz qrupunun başçısı hesab edilən Matteo Messina Denaronu saxlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mafiya lideri müalicə aldığı Palermoda “La Maddalena” özəl klinikasında saxlanılıb. Xüsusi əməliyyatda onlarla xüsusi qrupun döyüşçüsü iştirak edib. Onlar klinikanın digər xəstələrinin təhlükəsizliyini də təmin edib.

Denaro 30 ilə yaxın ədalətdən gizlənib. O, 1992-ci ildə mafiya ilə mübariz iki prokuror Covanni Falkone və Paolo Borsellinonun qətlinə fərman verib və buna görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. Mafiya başçısı Milanda, Romada və Florensiyada on nəfərin ölümünə səbəb olan silsilə partlayışların təşkilində də ittiham olunub.

"Bu, mafiya qarşısında təslim olmadığını göstərən dövlətimiz üçün böyük bir qələbədir", - İtaliyanın baş naziri Corc Meloni Denaronun həbsini şərh edib.

Matteo Denaro İtaliya xüsusi xidmət orqanları həbs etdiyi “birinci dərəcəli” mafiya başçılarından sayılır..

30 il əvvəl Siciliya mafiyasının daha bir rəhbəri - "Vəhşi" ləqəbli Toto Riina, 2016-cı ildə isə onun varisi Bernardo Provenzano həbs edilib. Ehtimal olunur ki, Matteo Denaro ədalətdən yayınarkən belə ölkənin kriminal strukturlarında aparıcı rol oynayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR