İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliyada buzlaq uçqunu nəticəsində ölənlərin sayı 10-a yüksəlib

İtaliyada Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 10-a çatıb.

AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə işləri zamanı daha bir nəfərin cəsədi uçqunun altından çıxarılıb. Beləliklə də, təbii fəlakətdə ölənlərin sayı 10-a yüksəlib. Onlardan altısının şəxsiyyəti müəyyən edilib ki, 4-ü İtaliya, 2-si isə Çexiya vətəndaşıdır.

Axtarış-xilasetmə işləri qurudan və havadan davam edir. Yerli mətbuat təbii fəlakət zamanı itkin düşən bir nəfərin olduğunu və hələ də tapılmadığını yazıb.

Xatırladaq ki, iyulun 3-də Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsi dağda olan alpinistlərin üzərinə çöküb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR