İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya Prezidenti İran səfirinə ölkədəki edamlarla bağlı etiraz edib

İtaliya Prezidenti Sercio Mattarella İranın ölkəsinə yeni təyin olunan səfiri Məhəmməd Rza Saburiyə etirazçılara qarşı repressiyalara, edam cəzasına görə etirazını çatdırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Mattarella İranda etirazçılara qarşı zorakılığın dərhal dayandırılmasını tələb edib.

Bundan əvvəl İtaliyanın İrandakı səfiri Cüzeppe Perrone də Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölüm hökmlərinin tətbiqinin dayandırılması, etirazların vəhşicəsinə yatırılmasına son qoyulması tələbləri irəli sürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR