İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya indiyədək rusiyalıların 900 milyon avroluq aktivlərini müsadirə edib

İtaliya Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində rusiyalıların 900 milyon avroluq aktivlərini müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.

Nazir ölkəsinin Rusiyaya qarşı sanksiyalar üzrə beynəlxalq öhdəliklərini ciddi şəkildə yerinə yetirdiyini qeyd edib.

“İtaliya tərəfindən bu vaxta kimi Aİ-nin sanksiya siyahısında olan rusiyalıların ümumi dəyəri təxminən 900 milyon avroluq aktivləri üzərində həbs qoyulub”, - deyə o bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR