İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrədə bankirlər Putinin dostuna xidmət etdiyi üçün cəzalandırıldı

İsveçrə məhkəməsi Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, musiqiçi Sergey Rolduqinin hesablarına xidmət edən 4 bankiri 7 aylıq şərti cəzaya məhkum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Qazprombank”ın Sürixdəki filialının keçmiş rəhbərləri – üç rus və bir isveçrəli “səhlənkarlıqda” ittiham olunublar. İstintaqın məlumatına görə, 2014-2016-cı illərdə Roldugin iki bank hesabına 30 milyon dollara yaxın pul köçürüb. Eyni zamanda ona bu cür gəlir gətirən mənbəni təsdiq edə bilməyib.

İsveçrə qanunlarına görə, banklar hesab sahibinin kimliyinə və ya onun pulunun mənbəyinə dair şübhələri varsa, hesaba xidmət göstərməkdən imtina etməlidirlər. “Heç bir şübhə yoxdur ki, Rolduginin qoyduğu pulun əsl sahibi deyil. Bankirlər "vəsaitlərin benefisiar sahibinin həqiqi şəxsiyyətini müəyyən etmək üçün kifayət qədər səy göstərməyiblər ”,-deyə məhkəmə hökmündə bildirilir”.

Violençel ifaçısı Sergey Roldugin, öz etirafına görə, Rusiya prezidenti Vladimir Putinin yaxın dostu və böyük qızının xaç atasıdır. Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa Birliyi, ABŞ və bir sıra başqa ölkələr Putinlə yaxın əlaqələri olduğuna görə ona qarşı sanksiyalar tətbiq edib. Avropa İttifaqı violençel ifaçısını "Putinin şəbəkə maliyyə sxeminin bir hissəsi" hesab edir və onun "ən azı beş ofşor şirkətinin sahibi olduğunu" qeyd edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR