İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə Rusiyaya qarşı sanksiyalara qoşulub

İsveçrə Konfederasiyası Avropa İttifaqının Rusiya Federasiyasına qarşı doqquzuncu sanksiyalar paketinə qoşulub.

Bu barədə "Report" Federal Şuranın saytında yerləşdirilən sənədə istinadən xəbər verir.

“Dekabrın 8-də İqtisadiyyat, Təhsil və Tədqiqat Federal Departamenti Ukraynadakı vəziyyətlə bağlı tədbirlər haqqında Fərmana 28 nömrəli əlavəyə dəyişiklik edib və Rusiya xam neftinin bir barelinin qiymətini 60 dollar səviyyəsində müəyyən edib”-deyə, sənəddə deyilir.

Xatırladaq ki, İsveçrə öz tarixinin əksər hissəsində müxtəlif məsələlərdə neytrallığını qoruyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR