İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçin TÜRKİYƏ PEŞMANLIĞI - Etiraf kimi açıqlamalar

 

İsveç Türkiyə ilə yaşanan böhrana görə təəssüflənir.

Musavat.com xəbər verir ki, bu barədə İsveç mətbuatı yazıb.

"Kristersson hökuməti 100 gündən sonra dağıntılar altında qalıb. Ölkə daxilindəki kriminal dəstə problemi ilə yanaşı, NATO böhranı ilə bağlı hökumət çətin vəziyyətdədir. Tufan qopub və İsveçin NATO prosesi beləcə pozulub" - yazan ölkə mediası hökuməti fırtınaya düşən gəmiyə bənzədib.

 

İsveç mətbuatı xarici işlər naziri Tobias Billströmün etiraf kimi açıqlamalarına da yer verib:

"Billström deyir ki, Ərdoğanı tənqid edən nümayişlərdən sonra Türkiyənin qəzəbi və Paludanın Quranı yandırması İsveçin NATO prosesini çətinləşdirib".

 

Qeyd edək ki, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra İsveç polisinin Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Ankaranın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin: "Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR