İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç Türkiyə ilə daha sıx iqtisadi əlaqələrin tərəfdarıdır

İsveçin baş naziri Ulf Kristersson ölkəsinin Türkiyə ilə Avropa arasında daha sıx iqtisadi əlaqələrin qurulmasını dəstəklədiyini açıqlayıb.

Musavat.com xarici medaya istinadla xəbər verir ki, Kristersson NATO-nun Vilnüsdə keçirilən sammitində jurnalistlərə deyib: “Biz indi daha sıx iqtisadi əlaqələri təşviq edirik, gömrük ittifaqını modernləşdiririk, daha yaxşı viza qaydalarını təmin edirik. Zəmin daha sıx əməkdaşlıq üçün əlverişlidir”.

Qeyd edək ki, prezident Ərdoğan İsveçi NATO üzvlüyü ilə bağlı bir müddət "sıxdıq"dan sonra, nəhayət, ölkənin NATO-ya müraciətinə veto qoymayacağını açıqlayıb. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR