İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç dini konfessiyalarla körpüləri yandıra-yandıra gedir -Tövratı da hədəfə alıblar

İsrailin Xarici İşlər Nazirliyi Tövrat bürməsinin yandırılmasının qarşısını almaq üçün İsveç hakimiyyətinə müraciət edib

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Koen İsveç hakimiyyətinə Tövrat vərəqinin yandırılmasının qarşısını almaq üçün müraciət edib və isveçli ultrasağ fəalların bu aksiyanı şənbə günü keçirmək niyyətini kəskin şəkildə pisləyib.

“Tövrat kitabının yandırılması nifrət cinayətidir, təxribatdır və yəhudi xalqına və yəhudi adət-ənənələrinə ciddi ziyan vurmaqdır. Mən İsveç hakimiyyətini bu iyrənc hadisənin qarşısını almağa və Tövrat vərəqinin yandırılmasının qarşısını almağa çağırıram”, - Koen bildirib.

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri şənbə günü, iyulun 15-də İsrail səfirliyi qarşısında Tövratın yandırılması aktının qarşısını almaq üçün İsveçdəki səfirə və onun idarəsinə göstəriş verdiyini bildirib.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası (İHŞ) Quran və digər müqəddəs kitabların yandırılmasını pisləyən qətnamə qəbul edib.

Eyni zamanda, İsveç hakimiyyəti, xüsusən də krallığın polisi müqəddəs kitabların - Tövrat və İncilin yandırılmasına icazə verib.

Daha əvvəl İsveçdə NATO nizamnaməsini yandırmışdılar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR