İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç baş naziri: Türkiyənin bütün şərtlərini yerinə yetirmək mümkün deyil

İsveç NATO-ya üzvlük ərizəsini təsdiqləmək üçün Türkiyənin irəli sürdüyü bütün şərtləri yerinə yetirməyə hazır deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib. Eyni zamanda o, Türkiyənin İsveçin Şimali Atlantika Alyansına daxil olmasına sonda razılaşacağına əmin olduğunu əlavə edib.

“Türkiyə razılaşdığımız şərtləri artıq yerinə yetirdiyimizi təsdiqləyir, lakin eyni zamanda o, daha çox və bizim edə bilməyəcəyimiz yaxud istəmədiyimiz başqa şeylər istəyir”, - deyə Kristersson söyləyib.

İsveç hökumətinin rəhbəri, hansı tələblərdən söhbət getdiyini açıqlamayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR