Onlayn ictimai-siyasi qəzet
2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəlif tipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur.
Bunu Musavat.com-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
“ “Azəristiliktəchizat” ASC-də sayğaclaşma ilə bağlı artıq müvafiq şirkətlərlə danışıqlara başlanılıb”, - mətbuat katibi qeyd edib.
Qeyd edək ki, hazırda istilik tarifləri mənzilin sahəsinə görə hesablanır. 1 kvadratmetrin qızdırılmasına sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur.
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ