İnsanlara hürriyət, millətlərə istiqlal!

"İstanbulun cəmi 10 rayonunda əcnəbilərə oturum almaq yasağı var" - TƏKZİB

Türkiyə hakimiyyəti İstanbulun bütün rayonlarında yaşayış icazələrinin verilməsinə xitam verilməsini təkzib edib.

Daha əvvəl “Milliyet” qəzeti yazıb ki, ilkin yaşayış icazələrinin verilməsinə məhdudiyyətlər əvvəlki kimi İstanbulun on rayonunda deyil, bütün rayonlarında fəaliyyətə başlayıb.

Musavat.com Türkiyə mediasında istinadla bildirir ki,  Türkiyə Daxili İşlər Nazirliyi məhdudiyyətlərin dəyişməz qaldığını və yalnız bu ərazilərə şamil edildiyini bildirib.

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi bildirir ki, İstanbulda əcnəbilərə yaşayış icazəsinin verilməsinə əvvəlki məhdudiyyət 39- rayonun hamısına deyil, 10 rayona şamil olunmaqda davam edir.

Daha əvvəl bldirilirdi ki, İstanbulun bütün rayonlarında yaşayış icazəsinin verilməsi dayandırıılb və indi yalnız müstəsna hallar (təhsil, beynəlxalq ticarət, həyat və sağlamlıq üçün təhlükə yaranması) səbəbindən gələnlər müraciət edə bilər.

“İstanbulun 39 rayonunun hamısının yaşayış icazəsi almaq üçün bağlanması ilə bağlı iddialar həqiqətə uyğun deyil – burada yaşayış icazəsi üçün müraciət etmək mümkün olmayan cəmi 10 rayondan söhbət gedir”, - idarədən bildirilib.

Bunlar Avcılar, Bahçelievler, Başakşehir, Bağcılar, Esenler, Küçükçekmece, Sultanqazi, Zeytinburnu, Fatih və Esenyurt rayonlarıdır.

Türkiyənin digər bölgələrində də oxşar məhdudiyyətlər tətbiq olunur - ümumilikdə 63 rayon, 1169 məhəllədə. İstanbulda əcnəbilər əhalinin 20%-dən çoxunu təşkil etdiyi üçün 54 məhəllədə ilkin yaşayış icazəsi almaq mümkün deyil.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR