Onlayn ictimai-siyasi qəzet
İstanbul zəlzələsi ilə bağlı tez-tez xəbərdarlıq edən türkiyəli məşhur geoloq Naci Görür son açıqlamaları ilə gündəmə gəlib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbulda 8 bal gücündə zəlzələnin gözlənildiyini bildirib.
“Sabah” qəzetinin yazarlarından Yüksel Aytuğ bugünkü köşəsində “Naci Görürdən çox əhəmiyyətli zəlzələ proqnozu” başlıqlı yazı dərc edib.
O, məşhur geoloqun açıqladığı proqnozlarını qələmə alıb:
"8 bal gücündə olacağı gözlənilən İstanbul zəlzələsində şəhərin cənub hissəsi böyük ziyan görəcək. Şəhərin şimal hissəsində böyük dağıntı olmayacaq. Buna görə də şimaldakılar cənubdakılara kömək etməyə hazırlaşsınlar. Şəhərin şimalında yaşayanlar 1999-cu il zəlzələsi zamanı hiss etdiklərini hiss edəcəklər".
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ