İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldakı terrora görə 17 nəfər həbs olundu

Türkiyənin İstanbul şəhərində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən terror hadisəsini həyata keçirən Ahlam Albaşir də daxil olmaqla, 51 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, Albaşirin də aralarında olduğu 17 şübhəli “dövlətin birliyini və bütövlüyünü pozmaq”, “qəsdən öldürmək”, “qəsdən öldürməyə kömək etmək”, “qəsdən öldürməyə cəhd” maddələri ilə həbs edilib. 3 şübhəli məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli isə deportasiya ediləcək.

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR