İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbuldakı quraqlıq səviyyəsi peyk görüntülərində - FOTO

Türkiyədə qlobal istiləşmə ilə əlaqədar mövsümi normaları keçən həddindən artıq temperatur və rütubət İstanbuldakı bəndlərin son 9 ilin ən aşağı səviyyəsinə enməsinə səbəb olub.

Ölkə.Az Türkiyə mediasına istinadla xəbər verir ki, bəndlərin ümumi doluluq nisbəti bu gündən etibarən 30%-dən aşağı düşüb.

Mütəxəssislərin fikrincə, istidən bəndlərdə hər gün yüz minlərlə ton su buxarlanır.

Peyk görüntüləri şəhərdəki Alibey, Elmalı, Darlık, Büyükçekmece və Sazlıdere bəndlərinin 2003-cü ildən 2023-cü ilə qədər 20 illik bir müddətdə necə dəyişdiyini göstərir.

İstanbulun ən quraq illəri 2014 və 2023-cü illərdə çəkilən su səviyyəsi ilə müşahidə edilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR