İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda partlayış törədən terroçu əmri kimdən aldığını açıqladı

Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında terror aktı törədən Ahlam Albashır əmri kod adı “Hacı” olan terroçudan alıb.

Musavat.com “CNN Türk”ə istinadən xəbər verir ki, o, bu barədə ilkin istintaq ifadəsində deyib.

Terrorçu hadisə zamanı tək olmadığını söyləyib: “Başqa bir terrorçu fotolar çəkirdi”.

A.Albashır bildirib ki, YPG terror təşkilatına 2017-ci ildə qoşulub.

Qeyd edək ki, noyabrın 13-də saat 16:20 radələrində İstanbulun ürəyi Taksim İstiqlal küçəsində partlayış baş verib. Xain hücumda 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb.

Terror aktından sonra ələ keçən Əhləm əl-Bəşir də daxil olmaqla 17 şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Prokurorluq tərəfindən sərbəst buraxılan 29 şübhəli barəsində isə deportasiya qərarı çıxıb.

Terror aktında şübhəli şəxs qismində saxlanılan taksi sürücüsü olan Əmmar Cakras apardığı şəxsin kim olduğundan xəbərsiz olduğunu deyib: "Halil Mənci adlı şəxs məndən onu aparmağımı istəmişdi. Halil Suriyanın Kamışlı şəhərində yaşayır. Tutulduğum yer qonşumuzun evidir. Hadisədən sonra onun şəklini evdə görəndə polisə xəbər vermək istəyirdim. Bir də gördük ki, içəri polis əməkdaşları daxil oldu".

Toğrul İSMAYIL
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR