İnsanlara hürriyət, millətlərə istiqlal!

Gələn ilin dövlət büdcəsi Milli Məclisə göndərildi

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Azərbaycan Respublikasının Milli Məclisin müzakirəsinə təqdim edib.

Musavat.com Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952,0 min manat, yerli gəlirləri 795milyon 48,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyon 265,0 min manat, yerli xərcləri 800 milyon 335,0 min manat) nəzərdə tutulur.

Gəlirlərin 14 milyard 481 milyon manatını Dövlət Neft Fondundan transfertlər təşkil edəcək.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi neftin 75 dollarlıq orta qiyməti əsasında hesablanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR