İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda GƏRGİN DANIŞIQLAR: Rubionu o əvəz edəcək

Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur.

Musavat.com xəbər verir iki, bu barədə BBC-nin müxbiri Tom Beytman məlumat verib.

O, ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə 16 mayda Türkiyəyə gəlib.

Onun sözlərinə görə, amerikalı rəsmilər öz rəhbərlərinə çox arzulanan sammitə nail olduqlarını demək istərdilər (yəni ABŞ prezidenti Donald Tramp ilə Rusiya rəhbəri Vladimir Putin arasında görüşə) lakin bu baş verməyib.

Beytman qeyd edib ki, bunun əvəzinə Rubio Türkiyə və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə başqa bir görüşə gedir.

Jurnalistin ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryusa istinadən verdiyi məlumata görə, Ukrayna və Rusiya Federasiyası arasında danışıqlarda ABŞ-ı Rubio deyil, ABŞ-ın siyasətin planlaşdırılması üzrə direktoru Maykl Anton təmsil edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR