Onlayn ictimai-siyasi qəzet
İstanbulun Beyoğlu səmtində silahlı hücum olub.
Musavat.com TRT Haberə istinadən xəbər verir ki, Mehmet Akif Ersoy Məhəlləsi Etibank prospektinə gələn 3 şübhəli silahla atəş açıb.
Nəticədə 1 nəfər ölüb, 2-si ağır olmaqla 5 nəfər yaralanıb. 20 yaşlarında olduğu müəyyən edilən şübhəlilər hadisə yerindən qaçıblar.
Əraziyə polis və tibb qrupları göndərilib.
Yaxınlıqdakı xəstəxanalara çatdırılan yaralılardan biri müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.
Polis qrupları hadisə yerində təhlükəsizlik zolağı qurub və qaçan şübhəlilərin tutulması üçün tədbirlər görür.
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ